Çindən cavab: AB-nin süd subsidiyaları ilə bağlı araşdırma başladı
Çin Avropa İttifaqından süd məhsulları idxalı ilə bağlı anti-subsidiya araşdırmasına başlayıb.
Valyuta.az xəbər verir ki, Bloomberg bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin mesajına istinadən yazır.
Agentlik qeyd edir ki, bu, iki tərəf arasında ticarət fikir ayrılıqlarında növbəti inkişafdır. Bu araşdırma müxtəlif süd məhsulları, o cümlədən təzə və emal olunmuş pendirləri əhatə edəcək. İyunun ortalarında Çin də AB donuz əti ixracına qarşı antidempinq araşdırması elan edib.
Avropa və Çin arasında ticarət gərginliyi bu ilin əvvəlində Aİ-nin Çindən idxal edilən elektrik avtomobillərinə əlavə tariflər tətbiq etməsi ilə daha da artıb.
Çərşənbə axşamı Avropa Komissiyası bu idxal tarif planlarını həyata keçirmək niyyətində olduğunu, eləcə də Çində istehsal olunan Tesla avtomobillərinə 9% dərəcəsi ilə tariflər tətbiq etmək niyyətində olduğunu söyləyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay