Dünya
21.08.2024 / 22:33
Rusiya Aİ-dən şərab alışını 14 ilin minimumuna endirib
54098
Rusiya iyun ayında Avropa İttifaqından şərab alışını 2010-cu ildən bəri ən aşağı səviyyəyə endirib.
Valyuta.az xəbər verir ki, bunu "Eurostat" məlumatları sübut edir.
Qeyd olunur ki, ümumilikdə iyunda Avropa İttifaqında 6,3 min ton şərab alınıb. Daha az məhsul Rusiyaya yalnız 2010-cu ilin yanvarında çatdırılıb - 5 min ton.
Əərab alışının həcmi ən çox Fransadan azalıb - 12 ton (9 dəfə). Fransa üçün bu, Rusiya Federasiyasına cəmi 10 ton fransız şərabının tədarük edildiyi 1996-cı ilin fevralından bəri minimumdur.
Almaniyadan tədarük 20% azalaraq 417 tona düşüb. Portuqaliya və Çexiya ixracı təxminən 40% azaldaraq, müvafiq olaraq 710 və 60 tona çatdırıblar.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay