Türkiyə sahillərində Olimpiya həyəcanı (FOTO)
2024-cü il Paris Olimpiadasının coşğulu oyunları hamımızı həyəcanlanlandırdı. İdman ruhu ilə dolu keçən günlərdən sonra Türkiyənin möhtəşəm Egey və Aralıq dənizi sahillərində növbəti macəramızı yaşadıq.
Təmiz Mavi Bayraqlı çimərlikləri, qədim yerləri və ləziz mətbəxi ilə tanınan Türk Rivierası və Egey bölgələri həm də ölkənin açıq hava idmanı üçün ən yaxşı istiqamətləridir.
Su idmanlarından tutmuş velosiped sürməyə və qolf oyunlarına qədər bəzi olimpiya idman növlərini öz təcrübənizdən keçirə və bu heyrətamiz yerlərdə unudulmaz anlar yaşaya bilərsiniz.
Türkiyə Sahillərində Su İdman növləri
Bütün dünyada tamaşaçıları valeh edən su idman növləri Olimpiadada diqqət çəkənlərdən oldu. Təsəvvür edin ki, bu hissləri Türkiyənin nəfəs kəsən Egey və Aralıq dənizi sahillərində yaşayırsınız. Bölgədə sınaqdan keçirə biləcəyiniz ilk su idmanı dalğıclıqdır.
Dünyanın ən yaxşı dalğıc mərkəzləri arasında olan Çanaqqaladan Ayvalığa və Bodrumdan Kaşa qədər uzanan bölgənin dalğıc nöqtələri sualtı xarabalıqları, gəmi batması və canlı faunanı təqdim edir. Amma macəra bununla məhdudlaşmır.
Siz, həmçinin İzmirin füsunkar istirahət mərkəzi Alaçatı və Muğlanın Datça yarımadasında külək sörfinqi həyəcanını yaşaya bilərsiniz.
Alaçatı ilə Datça arasında yerləşən Akyakada da uçurtma sörfü etmək mümkündür. Türk Rivierasının mirvarisi olan Antalyaya gəldiyiniz zaman Köprülü Kanyonda maraqlı rafting təcrübəsini yaşaya və Kekovadakı Qədim Likya batmış şəhəri üzərində kanoe sürəbilərsiniz.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay