Bu şəhərin rəsmilərinə "Telegram"dan istifadə qadağan edildi
Niderlandın Amsterdam şəhərinin hakimiyyət orqanları dövlət işçilərinə iş telefonlarında "Telegram" messencerindən istifadə etməyi qadağan edib.
Valuta.az xəbər verir ki, bu barədə Niderland paytaxtının şəhər şurasının üzvü Aleksandr Şoltes bildirib.
Dövlət qulluqçusunun sözlərinə görə, məmurlara "cinayətkar fəaliyyət, tətbiq və casusluq riski" səbəbindən "Telegram"dan istifadə qadağan edilib. O, BNR radiostansiyasında qadağanın aprel ayında tətbiq olunduğunu, lakin indiyədək ictimaiyyətə açıqlanmadığını bildirib.
Şoltes həmçinin qeyd edib ki, messencerdən hakerlər, fırıldaqçılar və narkotik alverçiləri istifadə edir.
Aydınlaşdırılır ki, Amsterdam bələdiyyəsi ölkədə məmurlara "Telegram"dan istifadəni qadağan edən yeganə bələdiyyədir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay