Dünya
18.08.2024 / 08:17
Minlərlə britaniyalı COVID peyvəndlərinin mənfi təsirlərinə görə təzminat tələb edib
53882
Təxminən 14 min britaniyalı COVID-19 peyvəndlərinin sağlamlıqlarına vurduğu zərərə görə hökumətə təzminat üçün müraciət edib.
Bu barədə "The Daily Telegraph" qəzeti jurnalistinin sorğusuna cavab olaraq təqdim edilən rəsmi məlumatda deyilir.
Məlumata görə, insult və infarkt keçirmiş, təhlükəli qan laxtalanması, onurğa beyninin iltihabı, əzaların həddindən artıq şişməsi və üz iflicindən əziyyət çəkən insanlara hökumət artıq müəyyən ödənişlər edib.
Şikayətlərin təxminən 97%-i Britaniyanın "AstraZeneca" əczaçılıq şirkəti tərəfindən istehsal olunan vaksinlə peyvənd edilmiş şəxslərdən gəlib. Qalan şikayətlər isə ABŞ-nin "Pfizer" və ya "Moderna" şirkətlərinin istehsal etdiyi peyvəndləri alanlardan olub.
Oxu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay