Polşanın hərbi büdcəsində 11 milyard dollarlıq boşluq yaranıb
Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış ölkənin hərbi büdcəsində 46 milyard zloti (11 milyard dollardan çox) dəyərində boşluq yarandığını bildirib.
Valyuta.az xəbər verir ki, nazir bu barədə TVN24-də danışıb.
"Milli Müdafiə Nazirliyinin büdcəsi böyükdür, lakin bizim sələflərimiz bizə böyük bir boşluq buraxdılar" deyən nazir postdakı sələfi Mariuş Blaşçakın bir çox şeylər üçün vəsait təmin etmədiyini qeyd edib.
Müdafiə naziri vurğulayıb ki, büdcə boşluğuna görə, ilk növbədə, alınan hərbi texnikanın infrastrukturunun qurulmasına vəsait çatmır.
Yanvarda bildirilmişdi ki, Polşa Avropa dövlətləri arasında müdafiə xərclərinə görə NATO ölkələri arasında liderdir. Bu barədə Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (IFO) məlumatında deyilir.
Qeyd olunub ki, Polşa ÜDM-in 3,9%-ni hərbi xərclərə sərf edir. Ondan sonra Yunanıstan (3%) və Estoniya (2,7%) gəlir. Finlandiya, Macarıstan, Latviya, Litva, Rumıniya, Slovakiya və Böyük Britaniya da tələb olunan 2%-lik xərc həddini keçib. Belçika və Lüksemburq müdafiəyə ən az pul xərcləyir, onların hərbi xərcləri ÜDM-in 1,1%-ni və 0,7%-ni təşkil edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay