Kamala Harris ərzaq qiymətləri ilə bağlı görünməmiş federal qadağanı elan edəcək
Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris ərzaq qiymətlərinin yüksəldilməsi ilə bağlı görünməmiş federal qadağaya təkan vermək niyyətindədir.
Valyuta.az xəbər verir ki,bu barədə "Politico" qəzeti onun seçki qərargahındakı mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, vitse-prezident bu təşəbbüsü avqustun 16-da Şimali Karolinada çıxışı zamanı elan edəcək. Orada Harris noyabrın 5-də keçiriləcək seçkidə qalib gələcəyi təqdirdə prezidentliyinin ilk 100 günü üçün fəaliyyət planını açıqlayacaq. Nəşr yazır ki, onun məqsədi ərzaq qiymətlərinin artımını cilovlamaq və amerikalıların gündəlik xərclərini azaltmaq olacaq.
"Bu planın bir hissəsi olaraq, Harris ABŞ FTC və ştatın baş prokurorlarına qiymət artımını araşdırmaq və federal qadağanı pozanlardan cərimələr tətbiq etməyi tapşırmaq niyyətindədir", deyə jurnalın mənbəsi qeyd edib.
Yüksək inflyasiya hətta pandemiya dövründə də Co Bayden administrasiyası üçün problemə çevrildi. Bu səbəbdən onun və Harrisin iqtisadi reytinqləri Donald Trampdan geri qalır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay