Rusiya şirkətlərinin xaricdəki aktivləri 45 milyard dollar artıb
Yanvar-iyul aylarında Rusiya şirkətlərinin xaricdəki maliyyə aktivləri təxminən 45 milyard dollar artıb ki, bu da 2023-cü ilin ilk yeddi ayı ilə müqayisədə iki dəfədən çox artım deməkdir.
Valyuta.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Bu vəsaitlərin bir hissəsi investisiyalardır, lakin artım əsasən sanksiyalar fonunda beynəlxalq ödənişlərlə bağlı çətinliklərlə əlaqədar Rusiya şirkətlərindən debitor borclarının yığılması ilə bağlıdır.
"Bloomberg Economics"in Rusiya iqtisadçısı Aleksandr İsakov izah edib ki, Rusiya biznesləri ixracları üçün pul almaq və idxal üçün ödənişləri daha gec bir tarixdə həyata keçirmək üçün daha çox gözləməli olurlar.
Bundan əvvəl yerli idxalçılar Çin və Türkiyəyə ödənişlərlə bağlı vəziyyətin pisləşməsindən şikayətlənirdilər. Bazar iştirakçılarının fikrincə, indi regional banklar Rusiya Federasiyasından ödənişləri bloklamağa başlayıblar.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay