Aİ Maskın Avropa komissarının məktubuna mümkün reaksiyasından qorxur
Avropa İttifaqının (Aİ) rəsmiləri daxili bazar üzrə Avropa komissarı Tyerri Bretonun ABŞ-ın keçmiş prezidenti Donald Trampla müsahibədən əvvəl amerikalı milyarder İlon Maska göndərdiyi məktubun əks reaksiyasından qorxurdular.
HİT.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.
Məqalə müəllifinin sözlərinə görə, avropalı rəsmilər Bretonun məktubunun əks təsirindən qorxduqlarını özəl şəkildə bildiriblər. Onlar inanırlar ki, məktub çılğın amerikalı sahibkarı daha da təhrik edə bilər.
Nəşr həmçinin Avropa rəsmilərinin Bretonun məktubunun “faydasız” olduğunu ümumiləşdirən sözlərinə istinad edib.
Trampla müsahibədən əvvəl Breton Maska “zərərli məzmunun” yayılmasına görə məsuliyyət barədə xəbərdarlıq edib. Buna cavab olaraq milyarder məmuru məşhur komediya personajı ilə müqayisə edib.
Maskın Trampla müsahibəsi avqustun 13-nə keçən gecə yayımlanıb. X-nin sahibinin sözlərinə görə, onun ABŞ prezidentliyinə namizədlə söhbəti və sosial şəbəkədə sonrakı müzakirələri milyarda yaxın baxış toplayıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay