BMT: Hər il dünyada yarım milyarda yaxın uşaq həddindən artıq istidən əziyyət çəkir
Hər il təxminən yarım milyard uşaq baba və nənələrindən iki dəfə çox gün həddindən artıq isti yaşayır.
Valyuta.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) təşkilatın saytında dərc olunmuş yeni hesabatında deyilir.
Yeni məlumatlara görə, təxminən 466 milyon (dünyada demək olar ki, hər beş uşaqdan biri) azyaşlılar yüksək temperatur dövrlərinin 60 il əvvəlkindən ən azı iki dəfə uzun olduğu ərazilərdə yaşayır.
UNİCEF qeyd edib ki, istilər uşaqların sağlamlığına təhlükə olmaqla yanaşı, həm də təhsilə mane olur. Təkcə 2024-cü ildə ən azı 80 milyon uşaq isti hava dalğaları zamanı məktəblərin bağlanması səbəbindən dərsləri buraxmaq məcburiyyətində qalıb.
Qərbi və Mərkəzi Afrikadakı uşaqlar istilərdən ən çox əziyyət çəkir. Bu ərazilərdə 123 milyon uşaq hər ilin 1/3-də 35°C-dən yuxarı temperatur yaşayır.
UNICEF xəbərdarlıq edib ki, yüksək temperatur uşaqlarda qida çatışmazlığına səbəb ola və onları xəstəliklərə, xüsusən də isti iqlimlərdə yayılan malyariya və denq qızdırmasına daha həssas edə bilər.
Həddindən artıq istilik də neyroinkişaf və psixi sağlamlığa mənfi təsir göstərə bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay