Dünya
14.08.2024 / 22:00
8 yaşlı qız səhvən bir neçə kredit və mikrokredit alıb
53683
Rusiyanın Omsk şəhərinin sakini səkkiz yaşlı qızının bir neçə ödənilməmiş krediti və mikrokrediti olduğunu aşkar edib.
Valyuta.az xəbər verir ki, qadın bu barədə “Rossiya 1” telekanalı ilə söhbətində danışıb.
Omsk sakininin dediyinə görə, Dövlət Xidmətlərində məktəbli qızının qəflətən borc içində olduğunu görüb: Onun bir neçə yüz min rubla qədər kreditləri var. Qızın kredit əməliyyatlarını yaşadığı bölgədə deyil, Belqorod vilayətində apardığı iddia edilir.
"Proses zamanı məlum oldu ki, bir çox icra prosesinin başlandığı Belqorod bölgəsində ofisdə səhv baş verib", deyə "borclunun" anası bildirib.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay