Fridman Lüksemburqdan 16 milyard dollar tələb edir
Rusiyalı milyarder Mixail Fridman Honq-Konq Beynəlxalq Arbitraj Mərkəzində (HKIAC) məhkəməyə müraciət edərək, Lüksemburqakı dondurulmuş aktivlərinin ümumi dəyərini təxmin etdiyi 16 milyard dollar məbləğində ödəniş etməyi tələb edib.
Valyuta.az bu barədə "Vedomosti"yə istinadən xəbər verir.
Lüksemburq Avropa İttifaqı sanksiyalarının icrası çərçivəsində Fridmanın aktivlərini dondurub. Fridmanı hüquqi mübahisədə Britaniyanın keçmiş baş naziri Toni Bleyerin həyat yoldaşı Şeri Bleyer də daxil olmaqla bir qrup vəkil təmsil edəcək.
İddiaçının müdafiəsi hesab edir ki, Avropa İttifaqı Fridmana qarşı sanksiyaları onun Rusiya vətəndaşı olduğu və biznesdə uğur qazandığı üçün tətbiq edib. Hüquqşünaslar vəziyyəti "ağır ədalətsizlik" və beynəlxalq hüququn pozulması adlandırırlar, çünki Brüssel Birləşmiş Millətlər Təşkilatı çərçivəsindən kənar məhdudiyyətlər tətbiq edib. Nəticədə Fridman sərmayəsinin dəyərini itirib və onun reputasiyası ciddi şəkildə zədələnib. İndi milyarder Lüksemburqdan ona dəymiş mənəvi zərərin ödənilməsini və aktivlərinin dondurulmasını tələb edir.
Daha əvvəl bildirilmişdi ki, Lüksemburq hökuməti Fridmanın dondurulmuş aktivlərinin qaytarılması ilə bağlı tələblərindən xəbərdardır. Lakin onlar Aİ-nin sanksiyalarını pozmayacaqlarını vurğulayıblar.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay