Dünya
14.08.2024 / 16:20
Suca vasitəsilə Avropaya vurulan Rusiya qazının həcmi bərpa olundu
53674
"Qazprom" Ukrayna ərazisi ilə Avropaya nəql olunan qazın həcmini maksimum mümkün sutkada 42,4 milyon kubmetrə çatdırıb.
Valyuta.az "İnterfaks"ə istinadən xəbər verir ki, bu barədə Rusiya şirkətinin nümayəndəsi Sergey Kupriyanov məlumat verib.
Söhbət Rusiya enerjisinin Kursk vilayətindəki Suca qazölçmə stansiyası vasitəsilə tranzitindən gedir. Hazırda bu, Rusiya Federasiyasından Ukrayna vasitəsilə Avropa ölkələrinə qaz nəqli üçün yeganə mövcud marşrutdur.
Bir gün əvvəl, avqustun 13-də Sucadan vurulan qazın həcmi də sutkada 42,4 milyon kubmetr təşkil edib. Eyni zamanda, hələ avqustun 12-də "Qazprom" sutkada 39,6 milyon kubmetr qaz göndərirdi.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay