Dünyanın ən böyük çip istehsalçısının gəlirləri 45 faiz artıb
Tayvanın çip istehsalçısı “TSMC” iyul ayında gəlirini 45 faiz artıraraq böyüməsini sürətləndirib. Şirkət ötən ay 7,9 milyard dollar gəlir əldə edib.
Valyuta.az xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin gəlirlərinin 45 faiz artdığını göstərir.
Süni intellekt sənayesi üçün çiplərə yüksək tələbat səbəbindən TSMC-nin tutumlardan istifadəsi də rübdən rüb artır. Üçüncü rübdə TSMC gəlirlərində illik 37 faiz artım gözlənilir. Gözlənilən gəlir həcmi 23,1 milyard dollardır.
836,35 milyard dollarlıq bazar dəyəri ilə dünyanın 9-cu ən dəyərli şirkəti olan TSMC, son dövrlərdə 1 trilyon dollar dəyərə çataraq bir pillə yüksəlib.
Qeyd edək ki, dünyanın ən böyük çip istehsalçılarından biri olan Taiwan Semiconductor Manufacturing Company (TSMC) Apple-ın A seriyası və M seriyalı prosessorları, eləcə də AMD prosessorları istehsalı ilə tanınır.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay