Hindistan və Rusiya ABŞ sanksiyalarından yan keçməklə ticarətin yolunu tapdı
Hindistan və Rusiya ABŞ sanksiyalarının ikitərəfli ticarətdə yaratdığı maneələri aradan qaldırmaq üçün baza rupisi-rubl məzənnəsini tətbiq etmək istəyir.
Valyuta.az xəbər verir ki, bu barədə “Economic Times” yazıb.
“İndiki şəraitdə siz Hindistan Ehtiyat Bankı və Rusiya Bankı tərəfindən təyin oluna bilən və bazar reallıqlarına uyğunlaşdırılacaq baza rupi-rubl məzənnəsindən istifadə edə bilırlər", deyə nəşrin həmsöhbətlərindən biri bildirib.
Baza məzənnəsinin yaradılması məsələsi Hindistan və Rusiya mərkəzi banklarının nümayəndələrinin bu həftə Moskvada keçiriləcək görüşündə müzakirə olunacaq.
İndi rupinin rubla məzənnəsini əldə etmək üçün Rusiya Federasiyasından ödənişləri emal edən Hindistan bankları əvvəlcə valyutanı dollara, sonra isə rubla çevirməyə məcburdurlar.
Bundan əvvəl Çin və Rusiyanın barter ticarətinə keçə biləcəyi bildirilirdi.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay