"Development"in "Wildberries"ə 30 milyard rubldan çox borcu var
"Wildberries"in "VB Development" layihə bölməsi bazara 30 milyard rubldan çox borcludur.
Valyuta.az xəbər verir ki, "RİA Novosti" bu barədə "Russ and Wildberries" birləşmiş RVB hüquqi şəxsinin mətbuat xidmətinə istinadən yazıb.
Qeyd olunur ki, borc logistika mərkəzlərinin istismara verilməsi üzrə öhdəliklərin vaxtında yerinə yetirilməməsi səbəbindən yaranıb.
"2023-cü ilin yanvarından 2024-cü ilin iyun ayına qədər cəmi 400 min kvadratmetr anbar sahəsi istifadəyə verilib. "VB Development"in ana şirkətə kreditor borcları 30 milyard rubldan çoxdur", deyə mətbuat xidməti bildirib.
Qeyd olunur ki, hazırda podratçı şirkətlərlə əvvəllər nəzərdə tutulan bütün işlərin başa çatdırılması ilə bağlı razılıq əldə olunub.
Bundan əvvəl bazarın yaradıcısı və baş direktoru Tatyana Bakalçuk bildirib ki, "Wildberries" xarici reklam operatoru "Russ" ilə birləşdiyi zaman 10 milyard dollar (təxminən 866 milyard rubl) dəyərində qiymətləndirilib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay