Fransa qarşı çıxır, amma Aİ və Mercosur 780 milyonluq bazar yaradır
Avropa İttifaqı və Cənubi Amerika iqtisadi bloku Mercosur ilin sonuna qədər ticarət sazişi üzrə danışıqları başa çatdırmağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bu vaxta qədər birliklər mübahisəli məsələləri həll edəcəklər. Xüsusilə Aİ və Mercosur razılaşmaya qarşı çıxan Fransa ilə qarşıdurmaya hazır olacaq.
Qəzetin mənbələri yekun razılaşmada iqlim öhdəliklərinin də yer alacağını iddia edir. Əvvəllər bu məqam Paris tərəfindən mübahisələrə səbəb olmuşdu.
Avropa Komissiyasının məlumatına görə, saziş 780 milyonluq bazar yaradacaq. Avropa müəssisələri qəbul edilmiş tariflər sayəsində ildə 4 milyard avrodan çox qənaət edə biləcəklər.
Mercosur Cənubi Amerika ölkələrinin ümumi bazarıdır. Buraya Argentina, Uruqvay, Paraqvay, Boliviya və Braziliya daxildir. Mercosur 250 milyondan çox insanı və qitənin ümumi ÜDM-nin 75%-dən çoxunu birləşdirir. Aİ ilə ticarət sazişi üzrə danışıqlar iki ildir ki, davam edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay