Qərbin sanksiyaları Türkiyəyə gələn rus turistlərin sayını azaldıb?
Qərbin sanksiyaları səbəbindən Rusiyadan Türkiyəyə turist axını azalıb, lakin hələlik ciddi azalma müşahidə olunmayıb.
Valyuta.az xəbər verir ki, bunu türk iqtisadçı Mustafa Rəcəb Ercin bildirib.
"Turizm Nazirliyinin məlumatına görə, bu ilin ilk altı ayında Türkiyəyə 2,7 milyon rusiyalı turist gəlib. Bu, 2019-cu ilin rekord göstəricisinə çox yaxındır. Bu o deməkdir ki, bahalaşma və sanksiyalara baxmayaraq, ciddi tənəzzül yoxdur", deyə iqtisadçı bildirib.
Sanksiyalar olmasaydı, altı ayda Rusiyadan turist axını təxminən 3-3,5 milyon nəfər ola bilərdi.
Cəmi altı ayda Türkiyəyə 21,6 milyon əcnəbi səfər edib ki, bu da 2023-cü ilin analoji dövrünün göstəricisindən 10% çoxdur. Respublikaya turist gətirən ilk beş ölkəyə Rusiya Federasiyasından başqa Almaniya, Böyük Britaniya, İran və Bolqarıstan da daxildir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay