BAKU Azərbaycan
26.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8843
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.05
  • 1 İngiltərə funt sterlinqi
    2.2351
53109

Türkiyə turizm sənayesinin nümayəndələri bir daha əcnəbilər arasında populyar olan otellərdə “hər şey daxil” (“all inclusive”) formatına yenidən baxmağı təklif edirlər. 

Valyuta.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Nəşr 1990-cı illərdə bu sistemin yaradıcılarından biri olan iş adamı Zəfər Alkayın fikrinə istinad edir. Qəzet qeyd edir ki, ötən illər ərzində Alkay onun dəyişdirilməsinin tərəfdarı olub.

“All inclusive” sistemi bizim turizm məkanımızın inkişafı üçün çox mühüm çıxış yolu oldu. Onun sayəsində əldə etdiyimiz nəticələr, şübhəsiz ki, danılmazdır. Ancaq illər sonra, indi yaşadığımız yeni prosesdə bunun yenidən müzakirə edilməsinə ehtiyac var. <…> Yüksək səviyyəli məhsul və xidmət tələb edən turistlər təbii ki, bunun əvəzini ödəməyə razıdırlar”, - deyə iş adamı bildirib.

Türkiyə turizm sənayesinin nümayəndələri əvvəllər dəfələrlə “hər şey daxil” formatına yenidən baxılması təklifləri ilə çıxış ediblər. Lakin onların əksəriyyəti, yerli turoperatorlar assosiasiyasının TASS-a verdiyi məlumata görə, özləri də etiraf edirlər ki, bu qurulan sistem davam edəcək.
“Bu illər ərzində müxtəlif fikirlər səsləndirilib, məsələn, “istifadə etdiyinizi ödəyin” modeli təklif edilib, lakin onlar xüsusilə xarici turistlər arasında populyar olan məşhur “hər şey daxil” sistemini əvəz etməyəcək”, - deyə assosiasiya bildirib.

Ötən il rəsmi məlumatlara görə, Türkiyəni 56,7 milyon turist ziyarət edib, birinci yeri Rusiya Federasiyasının vətəndaşları tutub - 6,3 milyon nəfər. Yerli hakimiyyət orqanları daha əvvəl bildirmişdilər ki, bu ilin sonuna qədər Türkiyə 60 milyon turist qəbul edərək, 60 milyard dollar turizm gəliri əldə etməyi planlaşdırır. 

Nicat
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neftimiz cüzi ucuzlaşıb

Türkiyədə yeni qayda: 7 min lirədən yuxarı alış-verişlər...

Maaş 165 min manatdır, amma işçi tapılmır

Bu 3 ölkədə mənzillərin qiyməti kəskin ucuzlaşdı

"İntend" şirkəti məhkəmə qarşısında

Ukrayna Aliexpress və eBay-dan 150 avroya qədər olan bağlamalara vergi qoyacaq

“Formula 1” pilotlarının qazancı bilindi - FOTO

"Auto Azərbaycan" gömrük qaydalarını pozub

Benzin və dizel istehsalı artıb - CƏDVƏL

"ECOFOOD" cərimələndi

Yeni "ChatGPT o1" insan kimi düşünə və məntiqi problemləri həll edə bilir

"Volkswagen" yeni krossoveri üçün robot sürət qutusundan imtina etdi

Almaniya Rusiya neftinə alternativ tapıb

Qlobal mayninq bazarı konsolidasiyaya doğru irəliləyir

İcra hakimiyyətinin binaların təmiri ilə bağlı tenderi niyə ləğv edilib?

Çin PwC-ni 62 milyon dollar cərimələdi

Rusiyadan titan ixracına qoyulan məhdudiyyətlər Qərbə necə təsir edəcək?

"Günay Bank"la "Agro-Land-Az" areasında kredit qalmaqalı

Almaniyada hökumətlə müxalifət arasında miqrantlar böhranı

Bakıda altı məktəb əsaslı təmirlə bağlı köçürülüb

"Buta Təmizlik"lə "Azpride Group"un "podrat mübahisəsi"

Bakı metrosuna iki yeni qatar gətirilib

Əhalinin yeni sayı açıqlandı

Çin 70 ildən sonra ilk dəfə pensiya yaşını qaldıracaq

Yanğın təhlükəsizliyi qaydalarının pozan şirkət məhkəmə qarşısında

"Həzi Aslanov" metrostansiyasının əsaslı təmiri ilə bağlı ilkin mərhələ yekunlaşıb

Azərbaycanda aqrar sektor 1 %-ə yaxın böyüyüb

Dövlət büdcəsinin profisiti 3 mlrd. manata yaxınlaşıb

Azərbaycanda əhalinin gəlirləri 6% dən çox artıb

Azərbaycanda əhalinin gəlirləri 6% dən çox artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin