Tokio Fond Birjasının "Nikkei" əsas indeksinin çökməsi 37 ilin rekordu oldu
Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin qiymətlərindəki dalğalanmaları əks etdirən Tokio Fond Birjasının əsas "Nikkei" indeksinin çökməsi investorların ABŞ-da mümkün tənəzzül və yenanın dollara nisbətdə möhkəmlənməsi ilə bağlı narahatlıqları fonunda ticarət zamanı 11,8%-i ötüb.
Valyuta.az xəbər verir ki, bu, hərracın məlumatlarından məlum olub.
Məlumata görə, indeks 31 667,65 punkta düşüb. Ticarət zamanı indeks 1987-ci ildə "Nikkei" 3,836,33 punkt zirvəyə endiyi "Qara Bazar ertəsi" performansından daha pis olan tarixi rekorddan 4000 punktdan çox düşüb.
Bundan əvvəl bildirilmişdi ki, Yaponiya hakimiyyət orqanları 27 iyun-29 iyul tarixləri arasında milli valyutanı dəstəkləmək üçün valyuta intervensiyalarına 5,5 trilyon yen (36,6 milyard dollar) xərcləyib. İyul ayında hökumətin bu xərcləri yeni möhtəkirlərdən qorumaq məqsədi daşıyırdı.
İyulun 31-də Yaponiya Bankı uçot dərəcəsini 0-0,1%-dən 0,25%-ə qaldırıb. Hazırda bu rəqəm 2008-ci ilin sonundan bəri ən yüksək həddədir. Tənzimləyici bu il ikinci dəfə dərəcəsi artırıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay