Ukrayna Milli Bankının beynəlxalq ehtiyatları 32 milyard dollara qədər azalacaq
Ukrayna Milli Bankı 2026-cı ilin sonuna kimi beynəlxalq ehtiyatların 32 milyard dollara qədər azalacağını proqnozlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə NBU-nun iyul ayı inflyasiya hesabatında deyilir.
"Özəl sektordan əhəmiyyətli xalis valyuta axını fonunda beynəlxalq maliyyə yardımının azaldılması beynəlxalq ehtiyatların 2026-cı ilin sonuna qədər tədricən 32 milyard dollara qədər azalmasına gətirib çıxaracaq", deyə hesabatda qeyd edilir.
Gözlənilən azalmaya baxmayaraq, MBU valyuta bazarının sabitliyinə nikbin yanaşır. Bankın ekspertləri hesab edirlər ki, ehtiyatların səviyyəsi belə şəraitdə belə valyuta bazarının sabitliyini təmin etmək üçün kifayət edəcək.
2024-cü il iyunun 1-nə Ukraynanın beynəlxalq ehtiyatları 39,03 milyard dollar təşkil edib. May ayında onlar 7,9% azalıb. Belə dinamikaya MBU-nun məzənnə sabitliyini təmin etmək üçün etdiyi valyuta intervensiyaları və ölkənin xarici valyutada borc ödənişləri səbəb olur ki, bu da daxili dövlət kreditinin (valyuta OVDP) xarici valyuta istiqrazlarının yerləşdirilməsindən və beynəlxalq tərəfdaşlardan əldə edilən gəlirlər hesabına qismən kompensasiya edilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay