Yaponiya Rusiyadan yan keçməklə Avropaya marşrutun yaradılmasını maliyyələşdirəcək
Yaponiyanın baş naziri Fumio Kişida Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri ilə görüşdə Mərkəzi Asiyaya iqtisadi yardım paketi elan etməyi planlaşdırır, məqsədi Avropaya yeni ticarət marşrutu yaratmaq olacaq.
Valyuta.az xəbər verir ki, bu barədə “Japan Times” məlumat yayıb.
Marşrutun Rusiya ərazisindən yan keçməklə Mərkəzi Asiya ilə Avropanı birləşdirən Xəzər dənizindən keçəcəyi planlaşdırılır.
Mərkəzi Asiya liderləri ilə görüşün Kişidanın avqustun 9-dan 12-dək Qazaxıstana işgüzar səfəri çərçivəsində baş tutacağı planlaşdırılır.
Bundan əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirmişdi ki, Vaşinqton Rusiya və Çindən yan keçməklə, Ermənistan və Azərbaycan əraziləri vasitəsilə Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına yeni quru dəhlizinin yaradılması imkanını nəzərdən keçirir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay