Neft və qaz hasilatı Şimal dənizinin çirklənməsini 10 min faiz artıracaq
Esseks Universitetinin britaniyalı alimləri xəbərdarlıq ediblər ki, Şimal dənizində neft və qaz hasilatı su mühitində çirklənmə səviyyəsini xeyli artıra və bu, dəniz həyatının müxtəlifliyinə təsir edə bilər.
Valyuta.az xəbər verir ki, tədqiqat "Science of The Total Environment" (STTE) elmi jurnalında dərc olunub.
Qrup qazma platformalarının yarım kilometrliyində təsir zonasının ölçüsünü müəyyən etmək üçün kimyəvi məlumatları təhlil edib, həmçinin 1981-ci ildən 2012-ci ilə qədər hər bir sahədə karbohidrogen ehtiyatlarının çıxarılmasına başlamazdan əvvəl və sonra götürülmüş bioloji nümunələri araşdırıb.
Nəticələr göstərib ki, neft və qaz buruqlarının 500 metr məsafəsində növ müxtəlifliyi dövr ərzində 28% azalıb. Bu ərazilərdə karbohidrogenlər kimi çirkləndiricilərin səviyyəsi ucqar və təsirlənməmiş ərazilərlə müqayisədə 10,613%, qurğuşun, mis və nikel kimi ağır metalların miqdarı eyni məsafədə 455% yüksək olub.
Alimlər qeyd ediblər ki, neft və qaz sənayesinin dəniz həyatına təsiri daha kövrək ekosistemləri məhv edir, lakin regionun ekologiyası üçün uzunmüddətli nəticələrə səbəb ola biləcək kiçik, davamlı növlərə üstünlük verir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay