Rusiya neftindən imtina edən Avropa nə itirib? - Ekspert
"Rusiya neftinin Avropa bazarından çıxarılmasından sonra Avropanın iqtisadi itkiləri göz qabağındadır. Çünki Avropa İttifaqı indi daha bahalı Amerika və Yaxın Şərq neftini almağa məcburdur".
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya Energetika və Maliyyə İnstitutunun (IEF) energetika üzrə direktoru Aleksey Qromov "RİA Novosti"yə müsahibəsində bildirib.
"Avropa Rusiya neftinin geri çəkilməsi nəticəsində özünü daha bahalı Amerika və ya Yaxın Şərq neftini almağa yönəltmək məcburiyyətində qaldı", deyə ekspert vurğulayıb.
Qromovun sözlərinə görə, ötən il ərzində Yaxın Şərq nefti Avropa ölkələrinə Brent qiymətindən yüksək olub. Ekspert hesab edir ki, bu, Aİ ölkələri üçün maliyyə baxımından itkilər deməkdir.
Eyni zamanda, Rusiya neft tədarükünü başqa ölkələrə yönəldə bilib. Qromovun sözlərinə görə, Rusiya neftinin qiymətini indi bazar müəyyən edir, lakin bir barel üçün 10-15 dollarlıq kiçik sanksiya endirimi var.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay