“Naftoqaz” güclü quyunu işə saldı: hər gün yüz minlərlə kubmetr qaz
“Ukrgasvydobuvannya”nın mütəxəssisləri 274 min kubmetr qaz verən yüksək məhsuldar quyunu işə salıblar.
Valyuta.az xəbər verir ki, bu barədə “Naftoqaz” qrupunun mətbuat xidməti məlumat yayıb.
“Yeni quyunun istismara verilməsi yataqda gündəlik mavi yanacağın hasilatını 17% artırıb”, - deyə “Naftoqaz”ın rəhbəri Aleksey Çernışov bildirib.
Şirkət vurğulayıb ki, yeni qurğunun özəlliyi planlaşdırılan dib quyusunun (quyu lüləsinin ən aşağı nöqtəsi - EP) birbaşa məskunlaşan ərazinin altında yerləşməsindən ibarətdir.
“Müasir qazma avadanlığı və qabaqcıl texnologiyalar sayəsində məskunlaşan ərazidə quyu qazmaq mümkün olub və “Ukrburqaz” şirkətinin mütəxəssisləri kifayət qədər çətin problemi həll ediblər və 4 ay ərzində dibi 1300 metrdən çox olan quyu qazıblar. Bu haqda “Ukrqasvydobuvannya”nın rəhbəri - direktor əvəzi Sergey Laqno deyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay