Gürcüstanda yoxsul ailələrin sayı artır
Gürcüstanda ilin əvvəlindən iyulun 1-dək yoxsul ailələrin sayı 2,3% artaraq 125,6 min nəfər təşkil edib.
Valyuta.az xəbər verir ki, 2024-cü il yanvarın 1-dən iyulun 1-dək olan dövrdə ifrat yoxsulluq şəraitində yaşayan ailələrin sayı 296 artaraq 26,6 min nəfər təşkil edib. Ümumilikdə Gürcüstanda 55,8 min insan ifrat yoxsulluq həddində, onlardan 20 mindən bir qədər çoxu Tiflisdə yaşayır.
Bununla yanaşı, yanvarın 1-dən iyulun 1-dək olan dövrdə yoxsulluq həddində yaşayan ölkə vətəndaşlarının ümumi sayı 2,4 faiz artaraq 450 min nəfərə yaxın olub, onlardan 250,9 mini qadınlardır.
Yoxsul vətəndaşların ümumi sayından 241,7 min nəfəri yetkinlik yaşına çatmayanlar, 48,8 min nəfəri isə 6 yaşadək uşaqlardır. Yoxsulluq həddində yaşayan daha 59,6 min nəfər pensiyaçılardır.
Ən çox yoxsul ailələr Tiflisdə (32,8 min), Kvemo Kartlidə (20,7 min) və İmeretidə (13,5 min) yaşayır. Ən az belə ailələr Mtsxeta-Mtianeti (3,1 min) və Samtsxe-Cavaxeti (3,1 min) regionlarındadır.
Aztəminatlı kimi müavinət alanların 61,4 min nəfərinin üçdən az ailə üzvü, 19,6 min nəfərinin isə altıdan çox ailə üzvü var.
Sosial cəhətdən həssas vətəndaşlara verilən maddi yardımın miqdarı reytinq ballarından asılıdır - ailə nə qədər yoxsuldursa, ballar bir o qədər aşağıdır və müavinət də bir o qədər yüksəkdir. Yardımın məbləği hər bir ailə üzvü (böyüklər) üçün 10-60 lari arasında dəyişir. 16 yaşınadək hər bir uşaq üçün müavinət 200 lari təşkil edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay