BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
52588

Rusiya şirkətləri yuanla transsərhəd ödənişləri həyata keçirməkdə ciddi çətinliklərlə üzləşiblər. 

Valyuta.az xəbər verir ki, bu barədə “Kommersant” maliyyə bazarındakı mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, Çin valyutası ilə edilən ödənişlərin təxminən 80%-i Rusiyaya geri qaytarılır. Xüsusilə yeni Amerika sanksiyalarının tətbiqindən sonra vəziyyət pisləşməkdə davam edir.

Çin tərəfi sənədləşmə məsələsində daha tələbkar olub. Köçürmələr bir neçə həftə gecikdirilə, bundan sonra izahat verilmədən ləğv edilə bilər. Nəşr yazır ki, bu, valyuta məzənnələrinin dəyişməsi və komissiyalar səbəbindən müştərilərin maliyyə itkilərinə səbəb olur.

"Təcrübəmizə görə, banklar heç nə tələb etmir: pul sadəcə müxbir hesablarda 30-40 gün qalır və geri qaytarılır", - “Sapozhnikov and Partners” konsaltinq şirkətinin idarəedici tərəfdaşı Aleksey Sapojnikov  deyib.

Problemi həll etmək üçün şirkətlər vasitəçilərin - ödəniş agentlərinin və ya "ticarət evlərinin" xidmətlərinə müraciət edirlər. ”Sagrada Legal”ın təsisçisi Oleq Uşakov izah etdi ki, bu cür vasitəçilərdən istifadə əməliyyatın dəyərini mürəkkəbliyindən və məbləğindən asılı olaraq 3-10% artırır.

Ekspertlər problemin potensial həllini rəqəmsal maliyyə aktivlərinin (DFA) və transsərhəd ödənişlər üçün kriptovalyutaların istifadəsində görürlər. Bununla belə, hazırda DFA-lar Rusiya platformalarında xarici kontragentlərin qeydiyyatını tələb edir ki, bu da ikinci dərəcəli sanksiyalar riskini daşıya bilər.

İyunun 12-də ABŞ Maliyyə Nazirliyi Moskva Birjası və NCC-yə qarşı sanksiyalar tətbiq edib. ABŞ departamenti qeyd edib ki, Rusiya hakimiyyətinin Moskva Birjasına kapital cəlb etmək tədbirləri Rusiya Federasiyasının, Rusiya korporasiyalarının və Rusiyanın aparıcı müdafiə müəssisələrinin suveren borcuna investisiya qoymaqla Kremlin döyüş maşınından mənfəət əldə etmək imkanlarını genişləndirir.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

"Azəristiliktəchizat" ilə icra hakimiyyəti arasında nə baş verib?

10 kentilyon dollar dəyərində asteroid: Dünyadakı hər kəsi milyarder edə bilər

Kənd təsərrüfatı məhsullarının dəyəri 11 milyard manatı keçib

Sabah bu ərazilərdə qaz olmayacaq

Şifrəsi unudulan iPhone-u necə koddan çıxarmaq olar?

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Şirkət bu il 15-ci tenderini udub - 1,8 milyonluq yeni müqavilə

Günəş panelləri gömrük rüsumundan azad olunur - Bu sahə necə inkişaf edəcək? (ŞƏRH)

Britaniya hakimiyyəti "Barclays"i 40 milyon funt-sterlinq cərimələdi

İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq

Azərbaycanda hər ay 1 000-dən çox iş yeri bağlanır - 65% işçi ixtisar olunur

Deputat “20 Yanvar”dakı mağazaların aqibətindən danışdı

Sənədsiz evlərlə bağlı yeni açıqlama

“Samsung"un prezidenti üçün 5 illik həbs tələbi - Təfərrüatlar

Pambıq lifi satışından gəlirimiz 60 milyon dollardan çox artıb - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin