Parisli restoratorlar Olimpiada ilə bağlı müştərilərin azlığından şikayətlənir
Parisin mərkəzindəki restoranlarda Olimpiadanın açılış mərasimi üçün qurulan maneələr səbəbindən yemək yeyənlərin sayı kəskin azalıb.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti-yə müəssisə sahibləri məlumat verib.
Şəhərin mərkəzi küçələri, o cümlədən Sena çayının sahilləri bir həftədir ki, metal hasarlarla bağlanıb. Bu əraziyə giriş QR kodları ilə təmin edilir və yerli sakinlərin qeyd etdiyi kimi, çoxları onları necə əldə etməyi başa düşmür. Məhdudiyyətlər iyulun 26-da axşam saatlarında keçirilməsi planlaşdırılan Olimpiadanın çayda unikal açılış mərasimi üçün tətbiq edilib.
“Biz nə baş verdiyini anlamırıq. Bu mərasim yəqin ki, çox gözəl olacaq, amma niyə bütün digər dövlətlər kimi yox, məhz Sena çayında keçirmək lazım olub? İndi nə parislilər, nə turistlər, nə də kimsə keçə bilmir. Biz artıq ərzaq ala bilmirik, hər şeyi özümüz daşımalıyıq, heç yerə maşın sürə bilmədiyimizdən, onun üçün istisna istəməyimizə baxmayaraq, çatdırılma sifariş edə bilmirik”, - Site adasında restoran sahibi Mariel bildirib.
Onun kafesi nahar vaxtı boş olur, halbuki adətən Parisdə boş masa tapmaq çox çətin olur.
O əlavə edib ki, hətta bizim daimi qonaqlarımız da gələ bilmir, turistlər bura necə çatacaqlarını bilmirlər.
"Bu, əsl fəlakətdir", - Mariel deyib.
“Reno” restoranının sahibi də Olimpiadaya görə qazancın azalmasından narazılığını bildirib. O, adətən restoranın adamla dolu olduğunu, indi isə heç kimin olmadığını deyib.
Onun sözlərinə görə, turistlərin sayı xeyli azdır. O hesab edir ki, bu, bir neçə amillə bağlıdır: Oyunlara görə hər şey bahalaşıb, çoxları QR kodları başa düşmür, hətta bəzi polislər belə.
Onun sözlərinə görə, ziyarətçi axınına görə hakimiyyət iş adamlarına “tətil” vəd edib, lakin sonda şəhərin mərkəzi boş qalıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay