Dünya
25.07.2024 / 18:34
"Fitch" Ukraynanın defolt ehtimalını qiymətləndirdi
52434
"Fitch" analitikləri Ukraynanın xarici valyutada defolt reytinqinə yenidən baxaraq onu CC-dən (yüksək defolt ehtimalı) C-yə (defolt qaçılmazdır) dəyişib.
Valyuta.az xəbər verir ki, bu barədə beynəlxalq agentliyin açıqlamasında deyilir.
Reytinqin aşağı salınması "Fitch"in Ukrayna hakimiyyəti ilə avrobond sahibləri arasında ölkənin xarici borcunun 37%-nin silinməsinə dair razılaşmaya reaksiyasıdır. Müvafiq razılıqların əldə olunduğu faktı bazar ertəsi, iyulun 22-də məlum olub. Bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib.
Milli valyutada reytinq CCC- səviyyəsində saxlanılıb (defolt mümkündür).
Ötən həftə "Fitch" 2024-cü ildə qlobal iqtisadi artım proqnozunu 2,6%-ə qədər yaxşılaşdırıb. Əvvəlki proqnoz 2,4% artım idi.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay