Boeing iki qəza ilə bağlı fırıldaqçılığını qəbul etdi
Təyyarə istehsalçısı Boeing ABŞ Ədliyyə Departamentinə Lion Air və Ethiopian Airlines şirkətlərinə məxsus iki 737 MAX təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanı tamamlamağa imkan verəcək saxtakarlıq və sui-qəsddə təqsirli bilindiyini təsdiqləyib.
Valyuta.az xəbər verir ki, bu barədə Reuters məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, “Boeing” ABŞ Ədliyyə Nazirliyinə təfərrüatlı iddia ərizəsi təqdim edib və tənzimləyicilərlə fəal əməkdaşlığı davam etdirəcəyini vurğulayıb.
Bu müqavilə çərçivəsində şirkət 243,6 milyon dollar cərimə ödəməyə də razıdır. Bundan əlavə, Boeing üç il ərzində təhlükəsizlik və uyğunluq proqramlarını təkmilləşdirmək üçün ən azı 455 milyon dollar investisiya yatırmağı planlaşdırır.
Reuters-in qeyd etdiyi kimi, hər iki təyyarə qəzasının qurbanlarının ailələri hakim sövdələşməni təsdiqləmək qərarına gəlməmişdən əvvəl etiraz edə biləcəklər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay