G7 Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı qərar verə bilmir
G7 dövlətləri hələ ki dondurulmuş Rusiya aktivlərinin Ukraynaya dəstək məqsədilə istifadəsi ilə bağlı konsensusa gəlməyiblər.
Valyuta.az xəbər verir ki, bu barədə Kyodo Tsushin agentliyi Yaponiyanın maliyyə naziri Şuniçi Suzukiyə istinadən məlumat yayıb.
Rio-de-Janeyroda keçirilən G7 maliyyə nazirləri ilə mərkəzi banklar arasında aparılan danışıqlarda iştirak edən Suzuki bu dəfə Rusiyanın aktivləri ilə bağlı qərarın verilmədiyini qeyd edib. O, G7 ölkələrinin müzakirəni davam etdirəcəyini vurğulayıb.
Əvvəllər bildirilmişdi ki, Avropa Komissiyası Kiyev üçün kredit təklifi hazırlayır - onlar Ukraynaya Rusiya Federasiyasının dondurulmuş aktivlərindən geri qaytarılmaqla 50 milyard dollar təmin etmək istəyirlər, təklif olunan mexanizm isə Avropa İttifaqı büdcəsinin ehtiyat təminatlarına əsaslanacaq.
Hollandiya Xarici İşlər Nazirliyi bildirib ki, Amsterdam Rusiya Federasiyasını Ukraynaya təzminat ödəməyə məcbur etmək üçün hazırlanmış mexanizm yaradacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay