25.07.2024 / 09:18
ABŞ Hindistan banklarına sanksiya xəbərdarlığı edib
52367
ABŞ Maliyyə Nazirliyi Hindistan banklarına xəbərdarlıq edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin maliyyə nazirinin birinci müavini Uolli Adeyemonun Hindistan Banklar Assosiasiyasına göndərdiyi məktuba istinadən məlumat yayıb.
“Biz bilirik ki, Rusiya ordusu kritik malların, o cümlədən mikroelektronikanın idxalına arxalanır və xarici maliyyə institutlarına müraciət edir”, - məlumatda deyilir.
Bildirilir ki, Hindistan bankları 30 gün ərzində ölkə bizneslərini ABŞ-nin anti-Rusiya məhdudiyyətləri barədə məlumatlandırmaq üçün tədbirlər görməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay