İndoneziya 10 ildən sonra Rusiya nefti almaq istəyir
İndoneziyanın dövlət neft-qaz şirkəti "Pertamina" sentyabrda keçirdiyi tenderə Rusiyadan gələn neft növlərini daxil edib.
Valyuta.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç treyderə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, "Pertamina" sonuncu dəfə Rusiya neftini 10 ildən çox əvvəl alıb. Şirkət "Cilacap" neft emalı zavodunda sentyabrın 15-17-də çatdırılmaq üçün "Urals" markalı xam nefti, həmçinin sentyabrın 18-20-də çatdırılmaq üçün "Sokol" markalı xam neft almaq istəyir.
Agentliyin mənbəsi aydınlaşdırıb ki, "Pertamina" Rusiya neftini yalnız G7 qaydalarına uyğun olaraq, yəni barreli 60 dollara satdığı halda ala bilər.
İndoneziya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib. "Pertamina" sözçüsü Hermansia Nasroen təsdiqləyib ki, şirkət Rusiya xam neftini almağa qərar verərsə, bu, qiymət həddi mexanizmindən keçəcək.
"Reuters" qeyd edir ki, hazırda Rusiya neftinin əsas alıcıları Çin, Hindistan və Türkiyədir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay