“Bloomberg” “Alfa Nero”nun anonim bir alıcıya 40 milyona satıldığını üzə çıxardı
ABŞ-da rusiyalı iş adamı Andrey Quryevə məxsus hesab edilən “Alfa Nero” yaxtası Avropadan olan anonim alıcıya 40 milyon dollara satılıb.
Valyuta.az xəbər verir ki, “Bloomberg” Antiqua və Barbudanın ABŞ-dakı səfiri Ronald Sandersə istinadən yazır.
“Bloomberg”in məlumatına görə, bu məbləğ yaxtanın ilkin qiymətindən təxminən üç dəfə aşağıdır. Müqavilə keçən həftə tamamlanıb.
2023-cü ildə ABŞ Xəzinədarlığı “Alfa Nero”nu qara siyahıdan çıxararaq Antiqua və Barbuda səlahiyyətlilərinə onu hərraca çıxarmağa icazə verib.
Nəşrin məlumatına görə, “Alfa Nero” 2022-ci ilin martında Antiquadakı Falmut limanında tərk edilib.
Quryev, agentliyin vurğuladığı kimi, özünün yaxta ilə əlaqəsini inkar edir. Keçən avqust ayında ABŞ Federal Təhqiqatlar Bürosu yerli hüquq-mühafizə orqanları ilə birlikdə gəmidə axtarış aparmışdı.
İyulun əvvəlində “Forbes” rusiyalı müştərilər üçün tikilmiş dörd super yaxtanın icarəyə verildiyini yazmışdı. Bu siyahıda ən bahalısı Domodedovo hava limanının sahibi Dmitri Kamenşçiklə əlaqəli olan “Flying Fox”dur. Bu lüks yaxtanın bir həftəlik icarəsi 4 milyon avroya başa gəlir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay