Dünya
23.07.2024 / 13:43
Rusiya Çinə donuz əti tədarükünü kəskin şəkildə artırdı
52240
İyun ayında Rusiya Çin bazarına 3,8 milyon dollar dəyərində donuz əti tədarük edib.
Valyuta.az xəbər verir ki, RİA Novosti bu barədə Çin gömrük məlumatlarına istinadən yazır.
Yayın ilk ayında Çinə Rusiya donuz əti ixracının həcmi 1,35 min tona çatıb. Müqayisə üçün: may ayında dəyəri cəmi 350 ton olub.
Ay ərzində dondurulmuş ətin tədarükü 3,3 dəfə artaraq 2,3 milyon dollara, donuz əti əlavə məhsulları 5,7 dəfə artaraq 1,6 milyon dollara çatıb.
Yalnız keçən ay Çin digər ölkələrdən 331 milyon dollar dəyərində donuz əti satın alıb. Əsas tədarükçülər İspaniya, ABŞ və Braziliya olub.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay