Dünya
23.07.2024 / 21:42
Moskva Birjası yuanla hesablaşmalar üçün klirinq bankını dəyişdi
52239
ICBC Bank Moskva Birjasında yuanla hesablaşmalar üçün yeni klirinq bankı olub. O, əvvəllər Rusiyanın sanksiya tətbiq etdiyi banklarla əməliyyatlarını dayandıran Bank of China-nı əvəz edib.
Valyuta.az xəbər verir ki, bu barədə “Kommersant” yazır.
Mütəxəssislər ICBC Bankın avqust ayında Moskva Birjasını tərk edə biləcəyindən ehtiyat edirlər. Belə olan halda, bütün dünyada olduğu kimi, banklararası bazarda da yuanla əməliyyatlar aparılmağa başlayacaq. O zaman Moskva Birjası komissiya və faiz gəlirlərinin bir hissəsini itirəcək.
İyun ayında ABŞ Moskva birjasına qarşı sanksiyalar tətbiq edib. Nəticədə avro və dollarla ticarət birjadankənar bazara keçib. Tədricən Rusiyada insanlar rəsmi valyuta məzənnələrinə şübhə etməyə başlayıblar.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay