Polşa Belarus ərazisindən malların tranzitini əngəlləmək istəyir
Polşanın hakimiyyət orqanları Belarusdan mal idxalını dayandıra bilər.
Valyuta.az xəbər verir ki, bunu Polşanın xarici işlər nazirinin müavini Anjey Şeina Radio "Zet"in efirində bildirib.
Şeina qeyd edib ki, Polşanın bu planı həyata keçirmək üçün müəyyən alətləri var.
"Şərtlər yerinə yetirilməsə, Belarus vasitəsilə Polşaya yük daşınmasını dayandıra bilərik", deyə nazir müavini bildirib.
Şeina həmçinin etiraf edib ki, Varşavanın Minsk üzərində faktiki olaraq heç bir rıçaq qalmayıb. Eyni zamanda Belarus Polşa ilə sərhəddə miqrasiya böhranı yaratmaqda ittiham olunur.
Xarici işlər nazirinin müavini Belarusdan malların idxalına embarqo qoyulması qərarının Polşa iqtisadiyyatına zərər verə biləcəyini vurğulasa da, bunun vacib olduğunu bildirib.
Xarici işlər nazirinin müavini digər təsir tədbirləri arasında Belarusa qarşı sanksiyaları qeyd edib. Onun sözlərinə görə, müəyyən məqamda bu məhdudlaşdırıcı tədbirlər Rusiyaya qarşı sanksiyalara yaxınlaşa bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay