Bayden seçki yarışından çəkildiyini elan etdikdən sonra neft bahalaşdı
ABŞ prezidenti Co Baydenin seçki kampaniyasının başa çatdığını elan etməsindən sonra dünya bazarında neftin qiyməti 0,3-0,4% bahalaşır.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti ticarət məlumatlarına istinadən yazır.
Nəşr qeyd edir ki, Moskva vaxtı ilə saat 1:22-də Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,28% artaraq 82,86 dollar/barelə, WTI markalı neftin sentyabr fyuçersləri 0,43% artaraq 78,94 dollar təşkil edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova demişdi ki, Moskva ABŞ seçkilərinə və onların daxili işlərinə qarışmır, amerikalılara öz problemlərini təkbaşına həll etmək hüququ verir.
Ağ Evin mətbuat katibi Endryu Beys bildirib ki, ABŞ prezidenti Co Bayden seçki yarışından çəkildiyini elan etdikdən sonra vaxtından əvvəl istefa vermək niyyətində deyil.
İyulun 21-də Co Bayden prezidentlik yarışından geri çəkildiyini açıqlayıb. O qeyd edib ki, hazırkı səlahiyyət müddətinin qalan hissəsində prezident kimi öz vəzifələrini yerinə yetirməyə diqqət yetirsə, Demokrat Partiyası və ölkə üçün daha yaxşı olardı.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay