Tramp Çin avtomobillərinə qoruyucu tariflər tətbiq edəcək
ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən seçiləcəyi təqdirdə Çin avtomobillərinə qoruyucu rüsumların tətbiq olunacağını istisna etmir.
Valyuta.az bu barədə TASS-a istinadən xəbər verir.
Onun sözlərinə görə, ABŞ-ın hazırkı administrasiyasının amerikan avtomobillərinin mərhələli şəkildə elektrik mühərriklərinə keçməsi barədə qərarını ləğv etmək niyyətindədir.
Tramp bildirib ki, Çin hazırda Meksikada öz avtomobillərini ABŞ-da satmaq üçün istehsal edəcək böyük fabriklər tikir.
O, Amerikada avtomobil istehsalını bərpa etmək niyyətində olduğunu vurğulayıb.
"Bu fabriklər ABŞ-da tikiləcək və orada bizim insanlar işləyəcək. Razılaşmasalar, o zaman biz hər avtomobilə təxminən 100-200% tariflər tətbiq edəcəyik və onların ABŞ-da satışı qeyri-mümkün olacaq", deyə Tramp bildirib.
Bundan əvvəl Çin Ticarət Nazirliyi bəyan etmişdi ki, Çinə sərmayələri məhdudlaşdırmağı təklif edən ABŞ, Vaşinqtonun bazar iqtisadiyyatının fəaliyyət qanunlarına hörmətlə yanaşmasını tələb edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay