"Netflix"in abunəçiləri 8 milyon, qazancı 2,1 milyard artıb
"Netflix" qlobal internet televiziya şəbəkəsinin abunəçilərinin sayı bu ilin ikinci rübündə 8 milyondan çox artıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Netflix"in ilin ikinci rübü üçün balans hesabatında deyilir.
Məlumata görə, şirkətin gəliri ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 17 faiz artaraq 9,6 milyard dollara çatıb. Ötən ilin ikinci rübündə şirkətin gəliri 8,2 milyard dollar olub.
Şirkətin xalis mənfəəti ikinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 44 faiz artaraq 2,1 milyard dollara çatıb. "Netflix"in keçən ilin ikinci rübündə xalis mənfəəti 1,5 milyard dollar olub.
Şirkətin bir səhm üzrə qazancı həmin dövrdə 3,29 dollardan 4,88 dollara yüksəlib.
"Netflix"in abunəçilərinin sayı ilin ikinci rübündə 8,05 milyon artıb. Şirkətin dünya üzrə abunəçilərinin sayı hər il 16,5 faiz artaraq 277,65 milyon nəfərə çatıb.
İlin üçüncü rübü üçün proqnozlarını açıqlayan "Netflix" gəlirinin 9,7 milyard dollar, xalis mənfəətinin isə təqribən 2,2 milyard dollar olacağını gözlədiyini bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay