Tramp seçilsə, dolları zəiflədəcək - NYT
ABŞ prezidentliyinə namizəd Donald Tramp və onun seçdiyi gələcək vitse-prezident Cey Di Vens seçkilərdə qalib gəldikdən sonra Amerika milli valyutasını zəiflətmək niyyətindədirlər.
Valyuta.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) bu qənaətə gəlib.
"Dolların gücü Amerika istehsalçılarının öz məhsullarını xaricdə daha zəif valyutalardan istifadə edən alıcılara satmasını çətinləşdirib. Bunun səbəbi, onların pullarının bu alışları etmək üçün dollardan qat-qat aşağı olmasıdır", deyə nəşr Trampın mövqeyini təsvir edir.
Vens də oxşar məcrada danışaraq qeyd edib ki, dolların Vaşinqton üçün "müqəddəs" statusuna malik olmasına baxmayaraq, indiki maliyyə sisteminin üstünlüklərindən çox mənfi cəhətləri var.
NYT yazır ki, Trampın dolları necə zəiflətmək istədiyi hələ aydın deyil. Güman edilir ki, Birləşmiş Ştatlar daha çox dollar buraxmağa başlaya, onlardan xarici valyuta almaq üçün istifadə edə və ya ABŞ-dan gələn tariflər təhlükəsi altında digər ölkələri öz valyutalarını gücləndirməyə inandıra bilər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay