Rusiya şirkətləri Afrikada işçi axtarır
Rusiya şirkətlərinin illik olaraq xaricdə yerləşdirdiyi vakansiyaların artım tempinə görə liderlər Keniya, Zimbabve və Kamerun olub.
Valyuta.az RBC-yə istinadən xəbər verir ki, eyni zamanda ABŞ və bir sıra Avropa ölkələrində reklamların sayı azalıb.
Hesablamalara görə, vakansiyaların sayı ən çox Keniyada - 39 dəfə artaraq 6,4 minə çatıb. Zimbabvedə vakansiyaların sayı 15 dəfə (165-ə qədər), Kamerunda 9 dəfə (130), Zambiyada 8 dəfə (224), Əlcəzairdə 7 dəfə (1,7 min) artıb. Qeyri-Afrika ölkələri arasında iş yerlərində ən böyük artımı Albaniya, Pakistan və Belçika göstərib.
Mütləq ifadə ilə Rusiya şirkətlərində vakant yerlərin sayında liderlər Qazaxıstan (143 min vakant yer) və Belarusdur (106 min vakant yer). İlin birinci yarısında onlarda təklif olunan iş yerlərinin sayı müvafiq olaraq 26% və 28% artıb. MDB-yə daxil olmayan ölkələr arasında Türkiyə və Serbiya liderdir (hər birində 23 min vakant yer). BƏƏ-də vakansiyaların sayı 10% (9,9 minə qədər), Tailandda 6% (12,5 minə qədər) azalıb.
Avropa ölkələrində əmək tələbinin çoxistiqamətli dinamikası mövcuddur. Almaniyada rusiyalı işəgötürənlərin vakansiyalarının sayı 4%, Niderlandda 8%, Polşada 2%, ABŞ və Kiprdə 26% və 13% azalıb. İtaliyada mütəxəssislərə tələbat 33%, Fransada 24% artıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay