Əsrin müqaviləsi: Trampın kürəkəni İsrailin aparıcı maliyyə şirkətlərindən birini alır
Donald Trampın kürəkəni Jared Kuşnerin rəhbərlik etdiyi “Affinity Partners” İsrailin “Phoenix Holdings” sığorta və maliyyə qrupunun payını almağa razılaşıb.
Valyuta.az xəbər verir ki, Mayamidə yerləşən özəl kapital şirkəti “Phoenix”in 4,95%-ni “Centerbridge Partners” və “Gallatin Point Capital”dan alacaq.
“Affinity” həmçinin İsrailin tənzimləyici orqanının icazəsi ilə əlavə 4,95% pay almağa razılaşıb. “Bloomberg” sövdələşməni 128,5 milyon dollar qiymətləndirib.
Agentlik qeyd edir ki, “Centerbridge” və “Gallatin Point Phoenix”in ən böyük səhmdarı, 31%-dən bir qədər çoxuna sahib olan “Belenus Lux”a nəzarət edir.
Firmalar paylarının bir hissəsini digər investorlara, o cümlədən İsrailin qaz istehsalçısı “Delek Group”a satırlar və “Affinity” sazişinin ikinci tranşı keçərsə, onların payı təxminən 10%-ə düşəcək.
“Belenus Lux” öz payını hər səhm üçün 37,5 NIS-ə satır ki, bu da “Phoenix”in son bağlanış qiymətindən 4% aşağıdır. Çərşənbə axşamı, iyulun 16-da onun səhmləri təxminən 3% ucuzlaşıb.
Müqavilə baş tutsa, bu “Affinity”nin İsrailə ikinci sərmayəsi olacaq, keçən ildən sonra “Shlomo Group”un avtomobil və kredit bölməsində 15% payı 110 milyon dollara alıb.
Qeyd edək ki, Kuşner keçmiş prezident və 2024-cü ildə prezidentliyə namizəd Donald Trampın kürəkənidir. O, Ağ Evin baş məsləhətçisi olub. Kuşner 2020-ci ildə İsraillə bəzi ərəb ölkələri arasında münasibətləri normallaşdıran Abraham Sazişində əsas rol oynayıb. Hökumət ofisindən ayrıldıqdan sonra Kuşner 3 milyard dollardan çox aktivləri olan “Affinity” şirkətini qurub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay