Rusiyada benzinin ixracına qoyulan qadağa payıza qədər uzadıla bilər
Rusiya Federasiyasının Energetika Nazirliyi benzinin ixracına qoyulan qadağanın payıza qədər uzadılmasını təklif edib.
Valyuta.az xəbər verir ki, bu barədə RBC energetika nazirinin birinci müavini Pavel Sorokinin Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novaka məktubuna istinadən xəbər verir.
İdarə müvəqqəti qadağanın bu ilin sonuna qədər, əslində isə sentyabr və oktyabr aylarına qədər uzadılmasını zəruri hesab edir. Noyabrdan dekabr ayına kimi xarici tədarüklərə məhdudiyyətlərin yalnız neft məhsulları istehsalçısı olmayanlar üçün qalması planlaşdırılır.
Energetika Nazirliyi gözləyir ki, ixrac qadağasının uzadılması ölkənin neft emalı zavodlarında təmir işləri aparıldığı üçün daxili motor yanacağı bazarında vəziyyətin pisləşməsinin qarşısını alacaq.
Bundan əvvəl Federal Antiinhisar Xidməti (FAS) yanacağın birja qiymətlərinin 2024-cü il üçün rekord səviyyəyə qalxması fonunda benzin ixracına qoyulan qadağanın avqustun sonuna qədər saxlanmasını təklif etmişdi.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay