Aİ Rusiyanın depozitar qəbzlərinin konvertasiyasını bərpa etməyə icazə verdi
Avropa Komissiyası Aİ ölkələrinə depozitar qəbzlərinin Rusiya şirkətlərinin səhmlərinə konvertasiyasını bərpa edə biləcəkləri barədə məlumat verib.
Valyuta.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti Lüksemburqun “Clearstream” depozitarının öz müştərilərinə məktubuna istinadən məlumat yayıb.
Bundan əvvəl, qəbzlər Milli Hesablaşma Depozitarının (NSD; Moskva Birjası qrupunun bir hissəsi) hesablarında bloklanmışdı. Məktubda qeyd edilir ki, bu qərar Avropa sərmayəsini Rusiyadan geri çəkmək məqsədi ilə verilib.
İcazə 25 sentyabr 2023-cü il tarixindən əvvəl təqdim edilən və Aİ-nin milli səlahiyyətli orqanları tərəfindən həmin ilin 25 dekabrına qədər həll edilən konvertasiya ərizələrinə şamil edilir. Güzəşt yalnız Aİ vətəndaşlarına və ya rezidentlərinə aiddir.
Lüksemburq Depozitarisi, depozitar agenti tərəfindən belə bir imkanın dəstəkləndiyi depozitar proqramları çərçivəsində qəbzləri çevirmək üçün müştəri sifarişlərini emal edəcək.
Depozitar qəbzləri bank tərəfindən investorlara verilən sənədlərdir. Onlar başqa ölkələrin şirkətlərində səhmlərə sahib olmaq hüququ verən sertifikatlardır. İnvestorlar bu qiymətli kağızları öz yerli birjalarında ala bilərlər.
Əvvəllər Avropa İttifaqında qanun qüvvəyə minib, ona görə, depozitarilər hesablarında dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirin 90%-ni Aİ büdcəsinə köçürməlidirlər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay