İnvestisiya bankları Çinin 2024-cü il üçün ÜDM üzrə proqnozlarını aşağı saldı
Ən böyük investisiya bankları ilin birinci yarısında ölkənin ÜDM-nin zəif dinamikası səbəbindən 2024-cü il üçün Çin iqtisadiyyatı ilə bağlı proqnozlarına yenidən baxıblar.
Valyuta.az bu barədə "MarketWatch"a istinadən xəbər verir.
"Goldman Sachs" və "Barclays" iqtisadçıları öz təxminlərini müvafiq olaraq 5%-dən 4,9%-ə və 4,8%-ə endiriblər. "JP Morgan" analitikləri proqnozlarını əvvəlki 5,2%-dən 4,7%-ə salıb.
Proqnozlara yenidən baxılması Çinin aprel-iyun aylarında ÜDM artımının gözləniləndən daha kəskin yavaşladığını bildirməsindən sonra baş verib. Dünyanın ikinci ən böyük iqtisadiyyatı bu dövrdə illik 4,7% böyüyüb, konsensus təxminlərini əldən verdi və birinci rübdəki 5,3%-dən yavaşladıb.
Bundan əlavə, Çinin daşınmaz əmlak bazarında uzun sürən böhran nəticəsində istehlakçıların inamı sarsılmağa davam edir. Belə ki, ötən ay ölkədə yeni tikililərin qiymətləri 2015-ci ilin iyunundan bəri ən çox ucuzlaşıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay