Gürcüstanda vətəndaşların DNT bazası yaradılır
Gürcüstanda DNT məlumat bazası Levan Samxarauli adına Milli Məhkəmə Tibbi Ekspertiza Bürosunun bazasında yaradılacaq.
Oxu.az newsgeorgia.ge-yə istinadən xəbər verir ki, qanun layihəsi Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə parlamentə daxil olub. Məqsəd cinayətlərin qarşısının alınması və itkin düşmüş şəxslərin müəyyən edilməsinə köməklik göstərməkdir.
DNT məlumat bazasına razılıq əsasında istənilən şəxsin genetik profilini yazmağa icazə veriləcək.
Təqsirləndirilən və məhkum edilmiş şəxslərin genetik materialları mütləq təqdim ediləcək.
Qanun layihəsi genetik profilin saxlanma müddətini müəyyən edir. Məsələn, xüsusilə ağır cinayətlərə görə məhkum edilmiş şəxslər üçün - 75 il, az ağır cinayətlərə görə - 30 il. Əgər insan ölərsə, onun genetik profili daha on il ərzində bazada saxlanılacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay