BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
51686

ABŞ Ədliyyə Nazirliyi “Marathon Oil” neft şirkəti ilə onun neft emalı müəssisələrinin işləməsi zamanı atmosferin zərərli tullantılarla çirklənməsi problemi ilə bağlı razılığa gəlindiyi barədə məlumat yayıb. Söhbət Şimali Dakota ştatında “Marathon Oil” şirkətinin “Fort Bertold” rezervasiyasının ərazisindəki müəssisələrindən gedir. Məhkəmələrin yekunlarına görə, şirkət 64,5 milyon dollar cərimə ödəməyə və müəssisələrini, təmizləyici qurğularını və sistemlərini modernləşdirmək üçün daha 177 milyon dollar xərcləməyə razılıq verib.

Valyuta.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi təmizləyici qurğular sisteminin zəif işləməsinin, həmçinin səmt qazının açıq yandırılmasının “Marathon Oil” şirkətinin atmosferə bir neçə min ton zərərli maddə buraxmasına səbəb olduğunu bildirib. Şirkət, hasilatı və istehsalı modernləşdirmək üçün görüləcək tədbirlər çərçivəsində yaxın beş ildə CO2 emissiyalarını 2,25 milyon ton, uçucu üzvi birləşmələrin (aldehidlər, spirtlər və s.) emissiyalarını isə 110 min ton azaltmalıdır. Səlahiyyətli orqanlar, bu cəzanın 1963-cü ildən tətbiq olunan Təmiz Hava Qanununu pozan “Marathon Oil” şirkəti üçün ən böyük cərimə məbləğ olduğunu bildiriblər.

Şirkətlər neft və neft məhsullarının dağılmasına görə daha böyük cərimələrə məruz qalıblar. Məsələn, Böyük Britaniyanın BP şirkəti Meksika körfəzində 2010-cu ildə “Deepwater Horizon” platformasındakı qəza nəticəsində baş vermiş böyük neft dağılmasına görə ABŞ-a təxminən 2 milyard dollar ödəyib.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu şirkət 10 ayda 20 tender udub - Siyahı

Bakı merinin müavinləri yoxdur - 4 yüksək posta təyinat ola bilər

Banklar nə qədər əməliyyat gəliri əldə edib? - Cədvəl

Ali Məhkəmə: Kredit mübahisələrində bankın hesabdan çıxarışı və maliyyə arayışı mötəbər sübut sayılmır

BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırıldı

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin