Qazaxıstan birjalarının birləşməsi Moskva birjasına sanksiyalara görə dayandırılıb
ABŞ-ın Moskva birjasına qarşı tətbiq etdiyi sanksiyalara görə Qazaxıstan Fond Birjasının (KASE) və Astana Beynəlxalq Birjasının (AIX) birləşməsi dayandırılıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Forbes" Qazaxıstan Milli Bankının sədri Timur Süleymenova istinadən yazıb.
Milli Bank rəhbərinin sözlərinə görə, inteqrasiya elementlərindən biri vahid birja holdinqinin yaradılması olub. Lakin KASE səhmlərinin 13,1%-nə sahib olan Moskva Birjası iyunun ortalarında ABŞ-ın bloklayıcı sanksiyalarına məruz qaldıqdan sonra bu məsələ indi gündəmdən düşüb.
"Nə qədər ki, bu vəziyyət davam edir, məsələ dayandırılıb", deyə Süleymanov aydınlıq gətirib.
Onun sözlərinə görə, sanksiyaya məruz qalan səhmdar fond bazarının tam inkişafına mane olur. O, əlavə edib ki, Qazaxıstan birjası öz səhmlərini Moskva birjasından geri ala bilər, lakin platforma belə bir qərarı müstəqil qəbul edəcək.
Bundan əvvəl Qazaxıstan Birjasının (KASE) öz səhmlərini geri almaq üçün Moskva birjası ilə danışıqlar apardığı bildirilirdi.
İyunun 12-də ABŞ Moskva Birjasına, həmçinin Milli Klirinq Mərkəzinə (NCC) və Milli Hesablaşma Depozitarına (NSD) qarşı sanksiyalar tətbiq edib. Rusiya Federasiyasının Maliyyə Nazirliyi etiraf edib ki, yeni məhdudiyyətlər Rusiyanın xarici qarşılıqlı fəaliyyətini çətinləşdirəcək. Bu arada daxili bazar əvvəlki kimi fəaliyyətini davam etdirir. Üstəlik, Maliyyə Nazirliyi Moskva birjasında şirkət yerləşdirmələrinin sayının artacağını gözləyir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay