Dünya
12.07.2024 / 21:41
Rusiya Melitopol albalı coğrafi brendini mənimsədi
51620
Rospatent Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin işğal administrasiyasının xeyrinə Melitopol albalı brendinə “müstəsna hüquq” sertifikatı verib.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiyanın TASS nəşri məlumat yayıb.
"Əqli Mülkiyyət üzrə Federal Xidmət regional brendə ilk eksklüziv hüquq sertifikatını verdi. Bu, "Melitopol albalı" coğrafi göstəricisi oldu”, - məlumatda deyilir.
Bundan çox əvvəl, 2020-ci ildə Melitopol albalısı Ukraynada rəsmi coğrafi marka adını alıb.
Coğrafi göstəricinin qeydiyyatı üçün ərizə 2019-cu ilin dekabrında "Melitopol Albalı İstehsalçıları Assosiasiyası" ictimai birliyi tərəfindən təqdim edilib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay